Ter Ştegen yerindən məmnundur

Ter Ştegen yerindən məmnundur

"Barselona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində klubdan ayrılmaq barədə düşünmür.

Olimpnews.az "Marca"ya istinadən xəbər verir ki, o, mövsümü hazırki klubunda tamamlamaq fikirindədir.

Qeyd edək ki, 2014-cü ilin yayından etibarən Kataloniya klubunda çıxış edən 33 yaşlı qapıçının müqaviləsi 2028-ci ilin yayında başa çatır.