"Şəhərlilər" "Trua"nın futbolçusunu diqqətdə saxlayır

"Şəhərlilər" "Trua"nın futbolçusunu diqqətdə saxlayır

Fransanın "Trua" klubunun hücumçusu Matis Deturbe karyerasını İngiltərədə davam etdirə bilər. "Footmercato"nun məlumatına görə, "Mançester Siti"nin nümayəndələri 18 yaşlı futboçu ilə məşq meydançasında görüşüblər. Deturbe uğrunda "Monako" və "Roma" klubları da mübarizəyə qoşulmaq niyyətindədilər.

"Canavarlar" "Trua"ya 8 milyon avro və 2 milyon avro bonus təklif etsə də, Fransa təmsilçilərinə müsbət cavab ala bilməyiblər.

Qeyd edək ki, Deturbe bu mövsüm Fransa Liqa 1-də 16 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.