Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, turun son oyununda "Abşeron" klubu "Turan Tovuz"la qarşılaşacaq.
Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.


