Flik tələsmir

Flik tələsmir

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xuan Laporta və klubun idman direktoru Deku baş məşqçi Hans-Diter Flikə yeni müqavilə üçün danışıqlara başlamaq istədiklərini bildiriblər.

Olimpnews.az xəbər verir ki, almaniyalı mütəxəssis bu təklifi soyuqqanlı qarşılayıb və müqavilə məsələsində tələsməməyi düşünür. O, mövsümün sonunu gözləməyi düşünür. Flikin fikrinə iki faktor - komandanın mövsüm sonundakı nəticələri və prezident seçkiləri təsir edəcək. 

Qeyd edək ki, 60 yaşlı çalışdırıcı "Barselona"da 2023-cü ildən baş məşqçi kimi çalışır.