Federasiya rəsmisi Beynəlxalq Həndbol Federasiyasının 40-cı konqresində iştirak edəcək   

Federasiya rəsmisi Beynəlxalq Həndbol Federasiyasının 40-cı konqresində iştirak edəcək   

Dekabrın 20-21-də Misirin Qahirə şəhərində Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı konqresi keçiriləcək.

Olimpnews.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.

Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq yerlərə seçkilərin təşkili olunmasıdır. Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.