FİBA 2011-ci ildə Almaniya çempionu olan Dirk Novitskinin adını "Şöhrət Zalı"na daxil edib.
Olimpnews.az xəbər verir ki, onunla yanaşı, Sue Börd (ABŞ), Selin Dumerc (Fransa), Klaris Maçanquana (Mozambik), İsmenia Poçard (Çili), Hedo Türkoğlu (Türkiyə) və Wang Zhizhi (Çin), eləcə də məşqçi Ludvik Mietta Mikołayeviç (Polşa) də bu fəxri titula yiylənib.
Qeyd edək ki, Novitski "Dallas Maveriks" ilə 2011-ci ildə NBA Çempionatını qazanıb və 14 dəfə "All-Star"da iştirak edib. O, "Maveriks"lə 21 mövsüm keçirib, bununla da tək komandada ən çox mövsüm keçirən liqa rekorduna sahib çıxıb.
"Şöhrət Zalı"nın üzvləri artıb


