Lerikdə  yunan-Roma güləşçiləri  üz-üzə gəliblər 

Lerikdə  yunan-Roma güləşçiləri  üz-üzə gəliblər 

Lerikdə yunan-Roma güləşi üzrə rayon  turniri  keçirilib. Şəhər 3  saylı  tam orta məktəbinin  idman zalında "31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə  uşaq və yeniyetmələr arasında  təşkil olunan  turnirdə 4 çəki dərəcəsində 22 idmançı qələbə uğrunda  mübarizə aparıb. 
 Qalib gəlmiş idmançılar turnirin təşkilatçısı olan  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.