“Görünür zövqlərimiz eynidir”

“Görünür zövqlərimiz eynidir”


Tennis üzrə qadınlar arasında dünya reytinqinin sahibi Selena Ulyams (ABŞ) Mariya Şarapovanın (Rusiya) paltarını bəyəndiyini söyləyib. Serena Uilyams özünün şəxsi "Twitter” səhifəsində bildirib ki, Mariya Şarapovanın İndian-Uels turnirində çıxış etdiyi beşinci oyunda "Nike” şirkətinin hazırladığı yeni üslublu libası çox gözəlmiş. Serena bildirib ki, həmin paltarı bəlkə də başqa bir tennisçinin əyninde görsə idi bəyənməzdi.
Bu məsələyə münasibətini bildirən Şarapova fikirlərini belə ifadə edib: "Serena mənim libasımı bəyənib? Görünür, zövqlərimiz eynidir. Paltar seçimində bir-birimizə kömək edə bilərik”