Bakıda “JGBJJ Academy Azerbaijan” ciu-citsu zalının açılış mərasimi keçirilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. O, məşq zalı ilə tanış olub, burada yaradılan şərait barədə məlumat alıb, idmançıların nümunəvi çıxışlarına baxıb.
Yeni istifadəyə verilən zal eyni vaxtda üç qrupun məşq keçməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 480 kvadratmetr olan zalda məşq üçün müasir tələblərə uyğun şərait yaradılıb.


