Taekvondo üzrə Avropa kubokuna ev sahibi seçilib

Taekvondo üzrə Avropa kubokuna ev sahibi seçilib

Moldova kişilər, qadınlar, uşaqlar, gənclər arasında taekvondo üzrə Avropa kuboku yarışlarının təşkilatçısı olacaq. Turnirdə orta və veteran kateqoriyaları üzrə fərdi və komanda yarışları keçiriləcək.
Bu barədə Moldova Milli Ənənəvi və Peşəkar Taekvando Federasiyası və Ümumdünya Taekvondo Federasiyası məlumat verib.
Moldova Milli Ənənəvi və Peşəkar Taekvondo Federasiyasının icraçı sədri Oleq Sloninov bildirib ki, turnir bu il mayın 8-11-də ölkənin paytaxtı Kişinyov şəhərində keçiriləcək.