Bu gün Azərbaycan Kubokunda növbəti finalçının adına aydınlıq gələcək

Bu gün Azərbaycan Kubokunda növbəti finalçının adına aydınlıq gələcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçının adına aydınlıq gələcək. 

Olimpnews.az xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” klubu Masazırdakı “Bank Respublika Arena”da “Qarabağ”ı qonaq edəcək. Oyunun start fiti saat 20:00-da səslənəcək. 

Bu komandaların ilk oyununda heç-heçə qeydə alınıb - 2:2.

Qeyd edək ki, “Sabah” - “Qarabağ” qarşılaşmasının qalibi həlledici görüşdə “Zirə” ilə üz-üzə gələcək.