Yığma komandamız vətənə dönüb

Yığma komandamız vətənə dönüb

Aprelin 7-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Polşanın Qdansk şəhərində təlim-məşq toplanışına yekun vuraraq vətənə dönüb. İdmançılarımız martın 20-26-da açıq beynəlxalq turnirə qatıldıqdan sonra aprelin 6-dək bu ölkədə təlim-məşq toplanışında iştirak ediblər. Təmsilçilərimiz Polşada texniki, fiziki və taktiki hazırlıqlar üzərində çalışıblar.
Məlumat üçün qeyd edək ki, təlim-məşq toplanışı aprelin 27-də Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyıb.