Göyçay Olimpiya İdman Kompleksində daha bir yarışa ev sahibliyi edəcək

Göyçay Olimpiya İdman Kompleksində daha bir yarışa ev sahibliyi edəcək


Aprelin 11-dən 13-dək Göyçay Olimpiya İdman Kompleksində yeniyetmə taekvondoçular arasında açıq rayon birinciliyi keçiriləcək.
Göyçay Rayon Gənclər və İdman Baş İdarəsinin və ATF-in birgə təşkil etdikləri turnirdə paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrinin yeniyetmə oğlan və qız idmançıları 11 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Yarışın qaliblərinə diplom, medal və müxtəlif hədiyyələr təqdim olunacaq.