Azarenko “Rolan Qarros”u buraxmalı oldu

Azarenko “Rolan Qarros”u buraxmalı oldu


Tennis üzrə dünya çempionu Viktoriya Azarenko mövsümün əvvəlində sol ayağından aldığı zədə ucbatından Fransa açıq çempionatında iştirak edə bilməyəcək.
"Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu il ən nüfuzlu yarışlardan biri olan "Rolan Qarros” turnirindən kənarda qalacağam. Heyf ki, dünyanın ən gözəl şəhərlərindən birində keçirilən yarışda iştirak etmək mənə nəsib olmadı. Ayağımın bərpası üçün çox çalışıram. İstəyirəm ki, tez bir zamanda korta qayıdım. Ümid edirəm ki, bu tez bir zamanda baş tutacaq”,- deyə 24 yaşlı tennisçi bildirib.