"Böyük Dəbilqə": Cüdoçumuz üçün bürünc medal şansı

\"Böyük Dəbilqə\": Cüdoçumuz üçün bürünc medal şansı 

Cüdo

Bugün, 15:58

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (-73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində yarımfinal görüşünə çıxıb. 

Olimpnews.az xəbər verir ki, cüdoçumuz final vəsiqə uğrunda görüşdə Fabio Basileyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə monqolustanlı Anxzaya Lavjarqalla qarşılaşacaq.

Qeyd edək ki, cüdoçumuz 1/8 finalda qazaxıstanlı Yersultan Duysenxanı, 1/4 finalda isə özbəkistanlı Nizomeddinxujo Toşpulatovu məğlub etmişdi. 

Bu gün mübarizə aparan digər xanım cüdoçumuz Südabə Ağayeva (-70 kq) isə 1/8 finalda almaniyalı Miriam Butkereytə məğlub olaraq mübarizəni dayandırıb. 

"Böyük Dəbilqə" turnirinə sabah yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR