"Böyük Dəbilqə" son gün: Üç cüdoçumuz tatamiyə çıxacaq

\"Böyük Dəbilqə\" son gün: Üç cüdoçumuz tatamiyə çıxacaq

Cüdo

Bugün, 09:10

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri sona yaxınlaşır. 
Olimpnews.az xəbər verir ki, turnirin son günündə daha üç cüdoçumuz tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Aslan Kotsoyev (-90 kq) ilk görüşünü 1/16 finalda yerli cüdoçu Aybol Nissanaliyə qarşı keçirəcək. +100 kq çəkidə isə iki cüdoçumuz mübarizə aparacaq. Hər iki cüdoçumuz mübarizəyə 1/8 finaldan başlayacaq. Təmsilçilərimizdən Camal Feyziyev Yakub Sordillə (Polşa), 
Uşanqi Kokauri isə Jantilek Nurtilepulilə (Qazaxıstan) qarşılaşacaq. Təsnifat görüşləri 10:30-da, final bloku isə 16:00-da başlayacaq. 
Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan yarışda36 ölkədən 295 idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 7 çəki dərəcəsində 11 (6 kişi, 5 qadın) cüdoçu ilə təmsil olunur. Turnirin ilk iki günündə mübarizə aparan 8 cüdoçumuz çıxışını medalsız başa vurub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR