Rəşad Rəsullu: “21 medalın qazanılması uğurlu nəticədir"
Müsahibə
04.10.2025, 22:10
Bu gün III MDB Oyunları çərçivəsində U-17 yaş kateqoriyasında cüdo üzrə fərdi yarışlar keçirilib. İlk yarış günündə Azərbaycan yığması uğurlu çıxışla yadda qalıb. Təmsilçilərimiz 5 qızıl, 7 gümüş və 9 bürünc medal qazanaraq ümumi komanda hesabında ikinci, qızların yarışında isə birinci yeri tutublar.
Fərdi yarışların yekunundan sonra Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Olimpnews.az-a müsahibəsində komandamızın çıxışını dəyərləndirib.
- Rəşad müəllim, yarışların ilk günü Azərbaycan cüdoçuları üçün necə keçdi?
- Rusiya komandasından sonra cüdo yarışlarında ikinci yeri tutduq. 21 medalın qazanılması uğurlu nəticədir. Bəzi çəki dərəcələrində qızıl medala ümid etdiyimiz idmançılar var idi, lakin bu idmandır, hər şey mümkündür. Buna baxmayaraq, qızlar 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində qızıl medal qazandılar. Xüsusilə 52 kq çəki dərəcəsində çıxış edən Nərmin Ağamirzəzadəni qeyd etmək istəyirəm. O, ilk görüşdə “Böyük Dəbilqə” turnirinin medalçısı olan tacikistanlı rəqibinə qalib gəldi. Nərminin hələ 15 yaşı tamam olmayıb, hələ iki il yeniyetmələrdə çıxış edəcək. Onun nəticəsi ümidvericidir. Yarışdan əvvəl müəyyən etdiyimiz qızıl medal planını demək olar ki, yerinə yetirdik. Deyərdim ki, bir qızıl medal az oldu.
- Bu yaşda yeniyetmə idmançılar üçün belə turnirlər nə qədər əhəmiyyətlidir?
- Yeniyetmə dövrü inkişaf mərhələsidir. Bu gün burada medal qazanmayan idmançı gələcəkdə Olimpiya çempionu ola bilər. Elə hallar da olur ki, qızıl medal qazanan idmançı bir neçə ildən sonra idmanı tərk edir. Ona görə də yeniyetmələrin nəticələrinə əsasən uzunmüddətli proqnoz vermək çətindir. Biz onların gələcəkdə məşqlərə münasibətini, işə yanaşmalarını izləyəcəyik. Amma ümumilikdə deyə bilərəm ki, həm qızlar, həm də oğlanlar arasında 2032, 2036, hətta 2040-cı il Yay Olimpiya Oyunlarında medal qazana biləcək potensiallı idmançılarımız var. Sadəcə olaraq bu potensial üzərində daim işləmək lazımdır.
- Qızların yarışda oğlanlardan daha çox qızıl medal qazanması gözlənilən idimi?
– Açığı, dünən komanda ilə görüşdə onlara demişdim ki, qızlar sizdən daha çox medal qazanacaq (gülür). Elə də oldu – qızlar 3, oğlanlar isə 2 qızıl medal qazandı. Bu da bir daha sübut edir ki, Azərbaycan cüdosunda qızların inkişafı dinamik şəkildə davam edir.
- Sabah keçiriləcək komanda yarışlarında bizi nələr gözləyir?
- Cəmi beş ölkə - Azərbaycan, Rusiya, Belarus, Tacikistan və Özbəkistan komandaları yarışda mübarizə aparacaq. Bizim məqsədimiz ən azı final mərhələsinə qədər irəliləməkdir. Komandamız buna qadirdir.
- Yeniyetmə idmançılar son üç aydır ki, artıq bir neçə beynəlxalq yarışda ardıcıl iştirak edirlər. Yorğunluq hiss olunurdumu?
- Əlbəttə. Bu, yeniyetmələrimizin iştirak etdiyi ardıcıl dördüncü böyük turnirdir. İyunun sonunda Avropa çempionatı, iyulun sonunda Avropa Gənclər Olimpiya Festivalı, avqustda dünya çempionatı və indi də III MDB Oyunları. Təbii ki, uşaqlar artıq bir qədər yorulublar. Burada elə idmançılar da var idi ki, öz çəkisindən bir qədər yuxarı çıxış edirdi. Bəzi favorit cüdoçularımız da bu yarışda iştirak edə bilmədi - məsələn, Leyla Ələkbərova və EYOF-2025-in qalibi Rza Xəlilli. Amma bu Oyunlar digər idmançılarımız üçün özlərini göstərmək baxımından əla fürsət oldu.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK