Şarapova ayın ən yaxşı idmançısıdır

Şarapova ayın ən yaxşı idmançısıdır


Rusiyanın bir nömrəli tennisçisi Mariya Şarapova iyun ayının nəticələrinə görə şahmatçı Sergey Karyagini geridə qoyaraq "Qızıl kürsü” mükafatına layiq görülüb.
"Rossiya-2” telekanalının efirində nümayiş etdirilən "Böyük futbol” proqramında iyun ayı üçün ən yaxşı idmançının müəyyən edilməsi ilə bağlı səsvermənin nəticələri açıqlanıb. Televiziya tamaşaçıları və Rusiyanın məşhur "Sportbox.ru” saytının izləyiciləri səslərinin çoxunu (54 faiz) "Böyük dəbilqə” turnirinin dəfələrlə qalibi Mariya Şarapovaya veriblər.
Xatırladaq ki, rusiyalı tennisçi buyaxınlarda karyerasında ikinci dəfə "Rolan Qarros” turnirinin qalibi olub.