Tennisçini vətəndaşlıqdan məhrum edəcəklər

Tennisçini vətəndaşlıqdan məhrum edəcəklər

Çexiyanın sosial-demokrat partiyasından deputatı Stanisla Quml Uimbldon turnirinin ikiqat qalibi Petra Kvitovanın ölkəi vətəndaşlığından məhrum olunmasını təklif edib.

Qeyd edək ki, Çexiya vətəndaşı Petra Kvitova bu il karyerasında ikinci dəfə Uimbldon turnirinin qalibi olub. Tennisçi 2013-cü ilin noyabr ayından Monakoda yaşayır. Dünyanın 4-cü raket ustası Monakoya köçməsinin səbəbini gəlir vergiləri problemi ilə əlaqələndirib.
"Öz ölkəsini tərk edib gedən insanlar vergidən yayındıqları üçün vətəndaşlıqdan da məhrum edilməlidirlər”, - deyə Çexiya deputatı bildirib.
"Mlada fronta Dnes” nəşrinin yazdığına görə, 6 ay müddətində ölkəni tərk edib gedən vətəndaşlar ölkə büdcəsinin hesabına vergidən azad olunurlar.