«Baku Cup 2014» start götürür

«Baku Cup 2014» start götürür


İyulun 20-də Bakı Tennis Akademiyasında qadınlar arasında WTA «Baku Cup-2014» turniri start götürəcək. WTA Tour-un (Women`s Tennis Association) rəhbərliyi ilə keçirilən yarışda 32 yüksək reytinqli tennisçi mübarizə aparacaq. Turnirin ümumi mükafat fondu 250 min ABŞ dollarıdır.
2011-ci ildən başlayaraq ənənəvi olaraq hər il keçirilən «Baku Cup» turnirləri müddətində Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravan Rezai, Boyana Yovanovski, Elina Svitolina kimi tennis ulduzları ölkəmizin qonağı olublar. «Baku Cup-2012» turnirinin qalibi Boyana Yovanovski və «Baku Cup-2013» turnirinin qalibi Elina Svitolinanın bu il də turnirdə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Ölkəmizi bu yarışda «Baku Cup-2013» turnirində olduğu kimi, gənc tennisçimiz Nəzrin Cəfərova və ilk dəfə olaraq turnirə qoşulacaq Züleyxa Səfərova təmsil edəcəklər.
Oyunlar Bakı Tennis Akademiyasının (BTA) 4 kortunda keçiriləcək. Final oyunu isə iyulun 27-də 3000 tamaşaçı tutumuna malik mərkəzi kortda təşil olunacaq.