Baku Cup-2014” tennis turnirinə start verildi

Baku Cup-2014” tennis turnirinə start verildi

İyulun 21-də Azərbaycan paytaxtında qadınlar arasında WTA "Baku Cup-2014” beynəlxalq turnirinə start verildi.
Bakı Tennis Akademiyasının 4 kortunda keçirilən yarışda əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparır.
Ölkəmizi yarışda "Baku Cup-2013” turnirində olduğu kimi, gənc tennisçimiz Nəzrin Cəfərova və ilk dəfə turnirə qoşulan Züleyxa Səfərova təmsil edirlər.
"WTA Tour”un rəhbərliyi ilə keçirilən "Baku Cup” turnirinin bu ilki mükafat fondu 250 min ABŞ dollarıdır.
Xatırladaq ki, 2011-ci ildən başlayaraq hər il keçirilən "Baku Cup” Beynəlxalq turnirləri müddətində Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravan Rezai, Boyana Yovanovski, Elina Svitolina kimi tennis ulduzları ölkəmizin qonağı olublar.
Turnirə iyulun 27-də yekun vurulacaq.
Final oyunu isə iyulun 27-də 3 min tamaşaçı tutumuna malik mərkəzi kortda keçiriləcək.