Qadın tennisində dünya rekordu

Qadın tennisində dünya rekordu

Almaniyalı tennisçi Sabina Lisitski qadınlar arasında yeni dünya rekorduna imza atıb. Lisitskinin bu nəticəsi servisdə (topu oyuna daxil etmə) qeydə alınıb.
Sabina bu rekordu Stenfortda keçirilən turnirdə əlavə edib. Yarışda Ana İvanoviçlə qarşılaşan almaniyalı kort ustası servisi 210,8 km/s sürəti ilə ifa edib.
Qeyd edək ki, bunadək servis rekordu ABŞ idmançısı Vinus Uilyamsa məxsus idi: 207,6 km/s.