Cokoviç müsəlman olmağa qərar verdi

Cokoviç müsəlman olmağa qərar verdi


Dünyanın bir nömrəli raket ustası Novak Cokoviç İsrailin Qəzzaya etdiyi hücumlara etiraz edib və fələstinlilərə dəstək vermək məqsədi ilə müsəlman olacağını deyib.
Məşhur tennisçi Qəzzada öldürülən uşaqların video-görüntülərini unuda bilmədiyini və İsrailin bu terroruna böyük dövlətlərin biganə qalmasından təəssüfləndiyini bidirib.
Cokoviç CNN, BBC və buna bənzər mediaların Qəzzadakı qırğına daha çox yer ayırmaları və dünya liderlərinə təzyiq etmələri üçün müsəlman dinini qəbul etməyə qərar verdiyini deyib. İdmançı bu qərardan əvvəl ailəsi ilə danışdığını, müsəlman olmaq üçün ailəsindən müsbət cavab aldığını da əlavə edib.
Cokoviç islam dinini qəbul etdikdən sonra fələstinlilərə daha çox yardım edəcəyini söyləyib. Qəzzadakı uşaqlar üçün 500 min dollar məbləğində kömək etdiyini də açıqlayan tennisçi, İsrailin hücumu davam edəcəyi təqdirdə, yarışlara qara sarğı taxmaqla çıxacağını deyib.
Serbiyalı tennisçi deyib ki, Kriştiano Ronaldo ilə birlikdə Qəzzaya yardım etmək üçün davamlı əlaqə saxlayırlar.