Nankində ölkəmizə ilk qızıl medalı taekvondoçumuz qazandırdı

Nankində ölkəmizə ilk qızıl medalı taekvondoçumuz qazandırdı


Azərbaycan milli komandası Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ilk qızıl medala yiyələnib. Taekvondo növündə ölkəmizi təmsil edən Səid Quliyev (73 kq) yarışlarda birinci yerə layiq görülüb.
İdmançımız yarışa 1/4 final mərhələsindən başlayıb. İdmançımız əvvəlcə kolumbiyalı Ceyson Hoyos Serranonu məğlub edib. Səid Quliyev (73 kq) yarımfinalda misirli Seif Eysa üzərində 7:1 hesablı qələbə qazanıb.
O, finalda almaniyalı Həmzə Adnan Kərimə 10:4 hesabı ilə qalib gələrək Azərbaycana yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarının çempionu olub.
Beləliklə, Azərbaycan komandasının aktivində 1 qızıl və 4 gümüş medal vardır. Atletlərmizdən cüdo idman növündə Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (52 kq) yığmamıza gümüş medal qazandırıb. Taekvondoçumuz Ceren Özbək (44 kq) və avarçəkənimiz Boris Yotov da eyni nəticəni göstərib.