Nadalın korta nə vaxt qayıdacağı bilinmir

Nadalın korta nə vaxt qayıdacağı bilinmir

Dünyanın ikinci raket ustası Rafael Nadalın həkimi Anxel Ruis Kotorro tennisçinin nə zaman korta qayıdacağını bilmədiyini deyib. Qeyd edək ki, Nadal biləyindən aldığı zədəyə görə, US Open turnirini buraxmalı olacaq. Həkimin dediyinə görə, tennisçinin üç həftə müalicə olunacağı gözlənilirdi. Lakin bu müddət bərpa üçün bəs etmir. "Buna görə də, Rafael Nadal "Us Open” turnirində iştirak etməyəcək. Biz düşünürdük ki, onun zədəsini üç həftə ərzində sağalda bilərik. Lakin bu, mümkün olmadı. "US Open” turniri nüfuzlu turnirdir. Nadal tam formada olmalıdır ki, belə bir turnirdə uğur qazana bilsin. Düzdür, o hər gün yorulmadan məşq edir, formasını qorumağa çalışır. Təəssüf ki, bərpa prossesi üçün vaxt bəs etmir”, - deyə həkim bildirib.
Hazırda bərpa prossesi keçən Nadal yaxın günlərdə ümumi şəkildə yoxlanılacaq. Həkimlər tennisçinin tez bir zamanda korta qayıtması üçün əllərindən gələni edirlər.