“Özüm günahkaram”

“Özüm günahkaram”


ABŞ-ın Nyu-York şəhərində "Böyük dəbilqə” seriyasından US Open tennis turniri keçirilir.
Turnirin ümumi mükafat fondu 362 min dollar təşkil edir.
Rusiyalı Mariya Şarapova bu turnirin 4-cü dövrəsində Danimarka təmsilçisi Karolin Voznyatskiyə üç setdə uduzub - 4:6, 6:2, 2:6.
Rus gözəli yarışda uduzması ilə bağlı deyib: "Birinci setin sonunda ciddi səhvlərə yol verdim. Üçüncü setdə isə demək olar ki, oyunum alınmadı. Kortdakı rəqibim Voznyatskiyə gəlincə, o, əla yarışırdı. Məğlub olmağımda səbəb axtarmağa heç bir lüzum yoxdur, hər şeydə özüm günahkaram. Görünür, qələbə üçün nəsə çatmırdı”.