Stolüstü tennisçilərimiz Avropa komanda çempionatında iştirak edəcək

Stolüstü tennisçilərimiz Avropa komanda çempionatında iştirak edəcək

Sentyabrın 24-28-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində stolüstü tennis üzrə Avropa komanda çempionatıkeçiriləcək.Yarışda milli komandamızın 6 (3 kişi və 3 qadın) üzvü mübarizə aparacaq. Qitə çempionatında ölkəmizi baş məşqçi Leşek Kuxarski və böyük məşqçi Aleksandr Zudov rəhbərliyi ilə kişilərdən Fərhad İsmayılov, Ramil Cəfərov, Xəyal Həşimli, qadınlardan isə Məryəm İmanova, Rüfət Quliyeva və Səbinə Batmanova təmsil edəcəklər.
Məlumat üçün qeyd edək ki, yarışda ümumilikdə 79(42 kişi və 37 qadın) komanda iştirak edəcək. Kişi komandamızın yer aldığı 3-cü divizionda 11, qadınlardan ibarət komandamızın qərarlaşdığı 2-ci divizionda isə 16 komanda mübarizə aparacaq.