Final “Stad Pyer Morua” stadionunda keçiriləcək

Final “Stad Pyer Morua” stadionunda keçiriləcək


Fransa Tennis Federasiyası Devis kuboku yarışlarının finalının keçiriləcəyi stadionu müəyyənləşdirib.
Final mərhələsində fransızlar İsveçrə komandasını qəbul edəcəklər. Noyabrın 21-23-də keçiriləcək həlledici oyunlar Lill şəhərinin "Stad Pyer Morua” stadionunda təşkil olunacaq.
Qeyd edək ki, "Stad Pyer Morua” "Lill” futbol klubunun ev oyunlarını keçirdiyi və 50 min azarkeş tutumuna malik stadiondur. Arena final oyununda 27 min azarkeşi qəbul edəcək.
Xatırladaq ki, Devis kuboku finallarının azarkeş sayına görə rekord göstəricisi 2004-cü ildə Sevilyada İspaniya - ABŞ oyununda qeydə alınıb. Həmin qarşılaşmanı 27 min 200 tamaşaçı izləyib.