Tennisçilərin İndian-Uels turniri davam edir

Tennisçilərin İndian-Uels turniri davam edir

İndian-Uels şəhərində (ABŞ) tennisçilərin "BNP Paribas Open” yarışı keçirilir. Qeyd edək ki, turnirin mükafat fondu 6 milyon dollardan artıqdır. Açıq kortda təşkil edilən turnirin üçüncü dövrəsində kişilər arasında dünyanın bir nömrəli raket ustası Novak Cokoviç iki setdə rəqibi Qriqori Dimitrovu 7:6, 6:1 hesabı ilə məğlubiyyətə uğradıb. Serbiyalı tennisçi dördüncü dövrədə kortda ABŞ idmançısı Sem Kerri ilə üz-üzə gələcək.
Qadınlar araında keçirilən yarışlarda isə rusiyalı Mariya Şarapova cəmi iki setdə İspan təmsilçisi Lara Arruabarren-Vesinonu məğlub edib - 7:5, 6:0. Şarapova dörddə bir finalda italiyalı Sara Errani ilə qarşılaşacaq.