Stolüstü tennisçilərimiz MDB ölkələri məktəblilərinin idman- mədəniyyət festivalında iştirak ediblər

Stolüstü tennisçilərimiz MDB ölkələri məktəblilərinin idman- mədəniyyət festivalında iştirak ediblər


Türkmənistanın Türkmənbaşı şəhərində məktəblilərin idman-mədəniyyət festivalı keçirilib. Yarışda MDB-nin 9 ölkəsinin idmançıları ilə yanaşı, Azərbaycan atletləri də iştirak ediblər.
Festivalda iştirak edən idmançılar idmanın 5 növündə - mini futbol, çimərlik voleybolu, şahmat, basketbol və stolüstü tennis üzrə yarışlarda qüvvələrini sınayıblar. Stolstü tennis üzrə keçirilən yarışlarda raket ustalarımız həm şəxsi, həm də komanda xarakterli yarışlarda mübarizə aparıblar. Şəxsi yarışlarda yığma komandamızın üzvü, "Təhsil” RİM-in 1 saylı RİOEUGİM-in yetirməsi, 1999-cu il təvəllüdlü Mətin Həsənzadə qrup mərhələsində 4 idmançı üzərində qələbə qazanıb. O, sonrakı mərhələdə Ermənistan idmançısını 3:0 hesabı ilə məğlub edib. Tennisçimiz yarışda göstərdiyi nəticəyə görə bürünc medala layiq görülüb, fəxri diplom və kubokla təltif olunub. Komanda yarışlarında isə idmançılarımız 4-cü yerlə kifayətləniblər. Qızların şəxsi yarışlarında yığma komandamızın üzvü, Bakı tennis məktəbinin yetirməsi Nəzakət Qarayeva 5- ci yerə sahib çıxıb.