Velosipedçilər "Mən azərbaycanlıyam!" aksiyasında

Velosipedçilər "Mən azərbaycanlıyam!" aksiyasında


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında "Mən azərbaycanlıyam!” aksiyası çərçivəsində Azərbaycan bayrağı ucaldılıb. İctimaiyyət nümayəndələrinin və Bakı sakinlərinin iştirakı ilə keçirilən mərasimdə dövlət bayrağı meydana gətirilib və Dövlət Himninin sədaları altında ucaldılıb.
Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmiləri və yığma komandamızın üzvləri də iştirak ediblər. Qeyd edək ki, mərasim ictimaiyyətin arzusu ilə keçirilib və mütəmadi olaraq bundan sonra da davam etdiriləcək.

olimpnews.az saytı