VII Respublika oyunlarının final mərhələsi başa çatıb

VII Respublika oyunlarının final mərhələsi başa çatıb


Oktyabrın 10-15-də Mingəçevir şəhərində stolüstü tennis üzrə idman məktəblərinin VII Respublika oyunlarının final mərhələsi keçirilib. Komanda xarakteri daşıyan oyunlarda zona yarışlarının qalibi olan 10 oğlan və 10 qız komandası mübarizə aparıb. Oğlanlar arasında komanda yarışlarında Sumqayıt RİM-in idmançıları birinci yerə sahib çıxıblar. Bakı Tennis Məktəbinin yetirmələri ikinci, Şabran tennisçiləri isə üçüncü yerlə kifayətləniblər. Qızların komanda yarışlarında Bakı Tennis Məktəbinin yetirmələri birinci yerə layiq görülüblər. Şabran və "Neftçi İdman Klubu” İB-in tennisçiləri müvafiq olaraq, 2-ci və 3-cü pillədə qərarlaşıblar. Qalib komandalar Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubokları ilə təltif olunublar.