Belçika komandası “Baku World Challenge”in qalibi olub

Belçika komandası “Baku World Challenge”in qalibi olub

Bakıda keçirilən "Blancpain Sprint” seriyasından "Baku World Challenge” avtomobil yarışında 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparıb. Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan 4 kilometrlik dairə üzrə keçirilib.

Belçikanın "Audi Club Team WRT” komandası yarışın qalibi olub. Komandaya bu uğuru pilotlar Sezar Ramos və Laurens Vanthur qazandırıblar.
Böyük Britaniyanın "Beechdean AMR” komandası ikinci, Almaniyanın "Phoenix Racing” kollektivi isə üçüncü yerə çıxıb.
Qalib komanda 100 min, ikinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komanda isə 25 min avro pul mükafatı qazanıb.
"Baku World Challenge” dünyanın 175-dək ölkəsinin televiziya kanalında birbaşa nümayiş olunub.