Stolüstü tennis mütəxəssisi fəxri ada layiq görülüb

Stolüstü tennis mütəxəssisi fəxri ada layiq görülüb

Təcrübəli stolüstü tennis mütəxəssisi Qulu Quliyev istedadlı və perspektivli idmançıların hazırlanmasında və bu idman növünün inkişafında göstərdiyi səmərəli və işgüzar fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Q. Quliyev uzun illərdir ki , 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman Məktəbinin, Bakı şəhərinin stolüstü tennis üzrə yığma komandasının və Xüsusi Olimpiya Komitəsinin bu idman növü üzrə baş məşqçisi vəzifəsində çalışır.