Konstitusiya Gününə həsr olunmuş turnir

Konstitusiya Gününə həsr olunmuş turnir


Noyabrın 8-9-da "Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan Respublikasının Konstitusiyası Gününə həsr olunmuş turnir keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda Bakı şəhərindən və regionlardan olan 2003-cü il təvəllüdlü, həmçinin daha az yaşlı oğlan və qızlar iştirak edəcəklər.
Yarışlar noyabrın 8-də saat 10.00 start götürəcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının 10 üzvü buyaxınlarda Çin Xalq Respublikasının Zhenqdunq beynəlxalq təlim-məşq mərkəzində toplanışına yekun vuraraq, vətənə dönüb. Tennisçilərimiz baş məşqçi L. Kuxarski və böyük məşqçi A. Zudovun rəhbərliyi ilə fiziki, taktiki və texniki ustalıqlarını artırıblar.
Qeyd edək ki, oktyabrın 23-də başlayan təlim-məşq toplanışı 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.