Stolüstü tennisçilərin “TOP-16” mübarizəsi

Stolüstü tennisçilərin “TOP-16” mübarizəsi


Noyabrın 28-29-da "Şüa” İdman-Sağlamlıq Kompleksində yeniyetmə və gənclər arasında stolüstü tennis üzrə "TOP-16” turniri keçiriləcək. Yarışda paytaxtla yanaşı, bölgələri də təmsil edən ən güclü 16 oğlan və qız tennisçisi mübarizə aparacaq.
Qaliblər Stolüstü Tennis Federasiyası tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Turnir noyabrın 28-də saat 11.00-da başlanacaq.