Beynəlxalq turnir davam edir

Beynəlxalq turnir davam edir


Bakı Tennis Akademiyasında 14 yaşınadək tennisçilər arasında "Academy cup” turniri keçirilir. Noyabrın 24-də start götürən yarışda ümumilikdə 8 ölkədən 59 (29 oğlan, 30 qız) tennisçi qalib adı uğrunda yarışır. Türkiyə, Rusiya, Latviya, Belarus, Gürcüstan, Tacikstan və Özbəkistan kimi ölkələrin iştirak etdiyi turnirdə Azərbaycan 8 (4 oğlan, 4 qız) tennisçi ilə mübarizə aparır. Komandamızı bu yarışda Tamerlan Əzizov, Rəsul Qocayev, Elşad Abbaslı, Murad Əlizadə, Əminə Dik, Leyla Seyidova, Umayra Həşimova və Alina Qavriş təmsil edir.
Yarışların final mərhələsi noyabrın 29-da Bakı Tennis Akademiyasının mərkəzi kortunda keçiriləcək.