Bu gün stolüstü tennis üzrə “TOP -16” turniri başlayır

Bu gün stolüstü tennis üzrə “TOP -16” turniri başlayır



Bu gün "Şüa” İdman Sağlamlıq Kompleksində yeniyetmə və gənclər arasında "TOP-16” turnirinə start verilib.
Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin ən güclü 32 (16 oğlan, 16 qız) idmançısı qüvvəsini sınayır.
Tədbirin keçirilməsində əsas məqsəd respublikada stolüstü tennis idman növünü inkişaf və təbliğ etdirmək, onun kütləviliyini daha da genişləndirmək, yeniyetmə və gənc tennisçilərin idman ustalığı və təcrübə səviyyəsini artırmaq və ilin ən güclü yeniyetmə 3 oğlan və 3 qız idmançısını müəyyən etməkdir.
Yarışqabağı Federasiyanın vitse-prezidenti Fazil Məmmədov və baş katibi Səbuhi Mehdizadə turnir iştirakçılarını salamlayaraq idmançılara uğurlar arzulayıblar. İki gün davam edəcək turnirdə Bakının Qaradağ rayonu UGİM-i, "Neftçi İdman Klubu” İB, NN klubu, Bakı Tennis Məktəbi, "Təhsil” RİM-in idmançıları ilə yanaşı, Sumqayıt, Şabran, Şirvan, Şəki və Gədəbəy təmsilçiləri də mübarizə aparırlar. Şəxsi xarakter daşıyan yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir.
Noyabrın 29-da yekun vurulacaq yarışın qalibləri Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olunacaqlar.