Stolüstü tennisçilərimiz beynəlxalq yarışlara hazırlaşırlar

Stolüstü tennisçilərimiz beynəlxalq yarışlara hazırlaşırlar

"Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennisçilərimizin təlim-məşq toplanışına start verilib. Dekabrın 8-də başlayan təlim-məşq toplanışında baş məşqçi L. Kuxarski, məşqçilər A.Zudov, M.Timofeyev və E.Hidayətzadənin rəhbərliyi altında yığma komandanın üzvləri və regionlardan olan istedadlı idmançılar iştirak edirlər. Ümumilikdə tədbirdə 15 oğlan və 15 qız tennisçi fiziki hazırlıq səviyyəsini, texniki və taktiki ustalığını artıracaq. Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd 2015-ci ilin fevral ayında təşkil olnacaq "Avropa Stolüstü Tennis TOP-16 kuboku” və I Avropa Oyunlarının proqramına salınmış stolüstü tennis yarışlarına daha yaxşı hazırlaşmaqdır.
Məlumat üçün qeyd edək ki, Polşadan Bakıya dəvət olunmuş 3 oğlan və 1 qız idmançı da sparrinq - tərəfdaş kimi tennisçilərimizlə birgə məşq keçəcək və təcrübələrini oyunçularımızla bölüşəcək. Təlim-məşq toplanışı dekabrın 14-də başa çatacaq.