Komandamızın heyəti məlumdur

Komandamızın heyəti məlumdur

Fevralın 6-8-də paytaxtımızda ilk dəfə olaraq stolüstü tennis üzrə «2015 İTTF - Europe TOP-16» kuboku keçiriləcək.
Olimpnews.az xəbər verir ki, yarışda Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisi mübarizə aparacaq. Artıq yarışa ev sahibliyi edəcək Azərbaycan idmançılarının adları müəyyənləşib. Kişilərin yarışında yığma komandanın təcrübəli oyunçusu, "Təhsil” RİM-in təmsilçisi Fərhad İsmayılov «2015 İTTF - Europe TOP-16» kubokunda ölkəmizi təmsil edəcək. O, keçirilmiş yarışlarda ən yüksək nəticələr əldə etdiyinə və 2014 -cü ilin reytinq cədvəlinə görə bu hüquqa yiyələnib. Qadınlardan ibarət yığma komandamızın aparıcı oyunçuları Bilurə Eminova, Məryəm İmanova və Rüfət Quliyevanın reytinq dərəcələri eyni olub. Bunun üçün bu üçlük arasında müəyyənedici görüşlər keçirilib. Gərgin mübarizədə yığma komandamızın üzvü, "NN” klubunun təmsilçisi Məryəm İmanova yarışlarda iştirak etmək hüququ qazanıb.
Məlumat üçün qeyd edək ki, «2015 İTTF - Europe TOP-16» kuboku 2015-ci ilin yayında Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq xarakteri daşyır.