Stolüstü tennis üzrə yığmamız İranda

Stolüstü tennis üzrə yığmamız İranda

Bu gün İran İslam Respublikasının Qəzvin şəhərində stolüstü tennis üzrə 10-cu Fəcr kuboku uğrunda yarış start götürüb. Yarışda İran, Azərbaycan, Rusiya, Suriya, Livan, Qazaxıstan, Türkmənistan, İraq və Macarıstan tennisçiləri qalib adı uğrunda mübarizə aparırlar. Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərliyi ilə yığma komandanın 11 (6 qız və 5 oğlan ) üzvü ölkəmizi təmsil edir. Turnirə dekabrın 19-da yekun vurulacaq.