Stolüstü tennisçilər İranda 3-cü yeri tutublar

Stolüstü tennisçilər İranda 3-cü yeri tutublar


İran İslam Respublikasının Qəzvin şəhərində stolüstü tennis üzrə kadetlər və yeniyetmələr arasında X beynəlxalq Fəcr kuboku uğrunda keçirilən yarışlar başa çatıb.
Yarışda 1999-cu il və daha azyaşlı kadet, 1996-cı il təvəllüdlü və daha azyaşlı yeniyetmə oğlan və qızlar mübarizə aparıblar. Turnirdə İranın üç komandası ilə yanaşı, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Suriya təmsilçiləri də güclərini sınayıblar.
Beynəlxalq yarışda ölkəmizi məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərliyi ilə yığma komandamızın 11 üzvü (6 qız və 5 oğlan) təmsil edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda kadet qızlardan ibarət komandamızın üzvləri Dinarə Məmmədova Nəzrin Əhmədova və Nəzakət Qarayeva yaxşı oyun nümayiş etdirərək üçüncü yeri tutublar.