X Fəcr kubokunda üçüncü yer

X Fəcr kubokunda üçüncü yer



Dekabrın 16-19-da İran İslam Respublikasının Qəzvin şəhərində stolüstü tennis üzrə X Fəcr kuboku uğrunda beynəlxalq turnir keçirilib. Yarışda 1999-cu il təvəllüdlü və daha azyaşlı kadetlər, həmçinin 1996-cı il təvəllüdlü yeniyetmə oğlan və qızlar mübarizə aparıblar. Beynəlxalq turnirdə İran İslam Respublikasının 3 komandası və Azərbaycan, Türkmənistan, Qazaxıstan və Suriya tennisçiləri iştirak ediblər. Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərliyi ilə yığma komandamızın 11 üzvü (6 qız və 5 oğlan) Qəzvində medallar uğrunda yarışıb. Gərgin mübarizə şəraitində keçən yarışda kadet qızlardan ibarət komandamızın üzvləri Dinarə Məmmədova, Nəzrin Əhmədova və Nəzakət Qarayeva III yerə layiq görülüblər.