Stolüstü tennisçilərimiz İrana yola düşüblər

Stolüstü tennisçilərimiz İrana yola düşüblər

Yanvarın 17-dən 20-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində stolüstü tennis üzrə IV Fəcr Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. Rusiya, Belarus, Türkmənistan, Macarıstan, Cənubi Koreya, Livan, İraq, Əfqanıstan, İndoneziya, Almaniya və Serbiya kimi ölkələrin iştirak etdiyi yarışda Azərbaycan tennisçiləri də qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi altında 8 (4 kişi, 4 qadın) idmançı təmsil edəcək.