23 yaşlı tennisçi dünyasını dəyişib

23 yaşlı tennisçi dünyasını dəyişib


Tennis yarışlarında uğurları ilə yanaşı, gözəlliyi ilə azarkeşlərin və dünyanın tanınmış jurnallarının diqqətini cəlb edən rusiyalı məhşur tennisçi Violetta Deqtiareva 23 yaşında həyatını itirib.
Həkimlər idmançının infarkt nəticəsində dünyasını dəyişdiyini deyirlər. Violettanın yaxınları da bu faktı təsdiq ediblər. Onlar Violettanın məşq əsnasında halının pisləşdiyini və xəstəxanaya aparılarkən yolda vəfat etdiyini bildiriblər.