Stolüstü tennisçilər İrandan bürünc medalla qayıdıblar

Stolüstü tennisçilər İrandan bürünc medalla qayıdıblar


Yanvarın 20-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən stolüstü tennis üzrə böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışa yekun vurulub. 4 gün davam edən yarışda İran İslam Respublikasının 6 komandası ilə yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Belarus, Macarıstan, Cənubi Koreya, Livan, İraq, Əfqanıstan, Almaniya, Serbiya və İndoneziya komandaları mübarizə aparıb. Turnirdə ölkəmizi məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə 8 oyunçu
(4 kişi və 4 qadın) təmsil edib. Sevindirici haldır ki, tennisçilərimiz vətənə medalla qayıdıblar. Belə ki, gərgin mübarizə şəraitində keçən qızlar arasında qoşa yarışlarda yığma komandanın üzvləri Rüfət Quliyeva və Məryəm İmanova cütlüyü bürünc medala sahib çıxıb.