Professor-müəllim heyəti stolüstü tennis yarışlarında

Professor-müəllim heyəti stolüstü tennis yarışlarında

Yanvarın 22-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında professor-müəllim heyəti arasında stolüstü tennis üzrə şəxsi çempionat start götürüb.
Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda əsas məqsəd bu idman növünün təbliğini artırmaq və akademiya işçilərinin asudə vaxtlarını təmin etməkdir.
Tədbir iştirakçılarına uğurlar arzu edən Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə Azərbaycanda bu idman növünün inkişafı istiqamətində görülən işlər və qarşıda duran perspektivlər barədə məlumat verib.
Məlumat üçün qeyd edək ki, şəxsi xarakter daşıyan yarışlara bu gün yekun vurulacaq.