Australian Open: finalçılar məlumdur

Australian Open: finalçılar məlumdur


"Böyük dəbilqə” seriyasının mövsümdə ilk turniri olan tennis üzrə Avstraliya Open çempionatı artıq başa çatmaq üzrədir. Hər iki fərdi yarışların finalçıları məlum olub. Kişilər arasında finala dünya reytinqində ilk sırada yer alan serb Novak Cokoviç və britaniyalı Endi Marrey çıxıb.
Avstraliyanın Melburn şəhərində Endi Marrey çex Tomaş Berdıxa dörd partiyada qalib gələrək (6:7 (6:8), 6:0, 6:3, 7:5) adını finala yazdırıb. Novak Cokoviç isə finala vəsiqəni daha gərgin keçən oyunda qazanıb. Serb tennisçi isveçrəli Stan Vavrinka üzərində üstünlüyünü yalnız sonuncu setdə sübut edib. (7:6 (7:1), 3:6, 6:4, 4:6, 6:0).
Bir qədər əvvəl qadın finalçılar da müəyyənləşib. Onlar reytinq üzrə birinci və ikinci yerlərin sahibləri – amerikalı Serena Uilyams və rusiyalı Mariya Şarapovadır.