Stolüstü tennisçilərimizin təlim-məşq toplanışına start verilib

Stolüstü tennisçilərimizin təlim-məşq toplanışına start verilib


Dünən «Şüa» İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə yığma komandanın təlim-məşq toplanışı start götürüb. Yığma komandanın baş məşqçi Leşek Kuxarski və məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə keçirilən təlim-məşq toplanışında ümumilikdə 3 kişi və 5 qadın idmançı iştirak edir. Fevral ayının 4-dək davam edəcək toplanışda tennisçilər texniki, taktiki və ümumi fiziki hazırlıq səviyyələrini artıracaqlar. Təlim-məşq toplanışı fevralın 6-8-də Milli Gimnastika Arenasında təşkil olunacaq «2015 NN Table Tennis Club ITTF – Europe TOP-16 Cup» yarışlarına hazırlıq xarakteri daşıyır.
Məlumat üçün qeyd edək ki, toplanışda Polşadan Bakıya dəvət olunan 2 oğlan idmançısı da sparrinq - tərəfdaş kimi birgə məşq edərək təcrübələrini tennisçilərimizlə bölüşürlər.

Azər