Məşhurların qarşılaşmasında amerikalı qalib gəldi

Məşhurların qarşılaşmasında amerikalı qalib gəldi


Tennis üzrə Avstraliya açıq çempionatının qadınlar arasında turnirinin finalında dünyanın iki ən güclü tennisçisi - amerikalı Serena Uilyams və rusiyalı Mariya Şarapova qarşılaşıb.
Qarşılaşma ABŞ tennisçisinin qələbəsi ilə başa çatıb: 6:3, 7-6 (7:5).
Serena Uilyam Mariya Şarapova üçün həmişə çətin rəqib olub. Belə ki, bundan əvvəlki 18 oyunun 16-sı amerikalı tennisçinin qələbəsi ilə başa çatıb. İki idmançının fərdi duelində bu dəfə 17-ci qələbəsini qazanan Uilyams qadınlar arasında planetin ən güclü tennisçisi olduğunu təsdiqləyib. Bu, eyni zamanda Serenanın "Böyük dəbilqə” seriyası turnirində 19-cu, Avstraliya açıq çempionatında isə 6-cı qələbəsidir.
Avstraliya açıq çempionatında mübarizə aparan kişi tennisçilərin hər iki fərdi yarışlarının finalçıları da məlum olub. Kişilərin reytinqində ilk sırada yer alan serb Novak Cokoviç və britaniyalı Endi Marrey finala vəsiqə qazanıblar.
Endi Marrey çexiyalı rəqibi Tomaş Berdıxa dörd partiyada qalib gələrək (6:7 (6:8), 6:0, 6:3, 7:5) adını finala yazdırıb. Novak Cokoviç isə finala vəsiqəni daha gərgin keçən oyunda qazanıb. Serb tennisçi isveçrəli Stan Vavrinkadan üstünlüyünü yalnız sonuncu setdə sübut edə bilib (7:6 (7:1), 3:6, 6:4, 4:6, 6:0).